AZ

Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb

Özbəkistanda mülki aviaşirkətlərin sayı son 3-4 ildə 6 dəfə artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Nəqliyyat Nazirliyi yanında Mülki Aviasiya Agentliyinin direktor müavini Oleq Lim “Rusiya – İslam dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunun kuluarında bildirib.

O, Özbəkistanda hava yollarının sayının artmasına münasibət bildirərkən sözügedən şirkətlərin sayının 15-ə çatdığını açıqlayıb.

“Onlardan altısı sərnişin daşıyıcısıdır, üçü yük daşıyıcıdır, qalanları aviasiya işi məsələləri ilə məşğuldur. Sözün əsl mənasında 3-4 il öncə bizdə cəmi bir daşıyıcı var idi – bu da “Uzbekistan Airways”, – Lim vurğulayıb.

Direktor müavini əlavə edib ki, hazırda ölkədə aviasiya insidentlərinin sayı minimuma endirilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
6
sherg.az

7Mənbələr