AZ

Ancelina Colinin qızı Şilo rəqqasə olub

Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pittin ilk bioloji övladı olan Şilonun rəqs bacarıqları sosial mediada çox danışılıb.

News24.az xəbər verir ki, xoreoqraf Lil Kelaan Karter sosial media hesabında Şilonun rəqs etdiyi videonu paylaşıb.

Yaxın günlərdə 18 yaşı tamam olacaq Şilonun rəqsi sosial mediada trend mövzusuna çevrilib.

Daha əvvəl saçını qırxdıran Şilo anasının film premyerasına uzun saçları ilə qatılıb. Şilonun saç düzümü yenə diqqət çəkib.

Şilo son illərdə rəqsi ilə adından söz etdirib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
news24.az

1Mənbələr