AZ

Fitsodan sonra Polşanın baş nazirinə qarşı təhdidlər başlandı

Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsddən sonra Polşanın baş naziri Donald Tuska qarşı təhdidlər başlanıb.

Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə siyasətçinin özü məlumat verib.

Baş nazir ona “Slovaklar bu gün bizə Donald Tuskla nə etməli olduğuna dair bir nümunə göstərdilər” tipli mesajların ünvanlandığını açıqlayıb.

Qeyd edək ki, ötən gün Fitsoya qarşı sui-qəsd törədilib. 71 yaşlı yazıçı Yuray Çintula baş nazirə atəş açıb. Yazıçı əməlini hökumətin siyasəti ilə razı olmadığından törətdiyini bildirib. /bizim.media/az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
turkustan.az

2Mənbələr