AZ

Tokayev bu şəxslərin ölkəyə girişini qadağan edən qanunu imzaladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev pedofillərin, ekstremizm və terrorizmlə məşğul olan şəxslərin respublikaya girişini qadağan edən qanunu imzalayıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Ekstremist və ya terror təşkilatında iştirak edən, təkrar cinayət törətmiş, mütəşəkkil dəstədə (cinayət təşkilatında) aparıcı mövqe tutan, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlər törətmiş, habelə Qazaxıstanda ağır və ya xüsusilə ağır cinayət törətmiş və beynəlxalq müqavilələr əsasında vətəndaşı olduqları ölkəyə verilmiş şəxslərin ölkəmizə girişinə qadağa qoyulub”, - məlumatda bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
12
paralel.az

10Mənbələr