AZ

İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir

İrəvan və Moskva Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədindəki 17 dislokasiya məntəqəsindən çıxarılması məsələsini müzakirə etməyə başlayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Buraya Nerkin Xand, həmçinin Sisian və Qorisdəki bazalar da daxildir”, - o əlavə edib.

“Onlar bunu qəbul etdilər və soruşdular ki, biz onların Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini tərk etmələrini istəyirikmi? Cavab verdik ki, onların bu ərazilərdə yerləşdirilməsi razılaşma yolu ilə həyata keçirilir”, - A.Qriqoryan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan Rusiya tərəfinə “Zvartnots” hava limanında yalnız erməni sərhədçilərinin olacağı barədə məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
1
report.az

10Mənbələr