AZ

BMTİP: COP29 iştirakçıları növbəti nəsillərin gələcəyini təmin etmək üçün bir araya gələcəklər

Bakıda keçiriləcək COP29-da iştirakçılar növbəti nəsillər üçün dayanıqlı gələcəyi təmin etmək üçün müzakirələr aparacaq və tədbirlər görəcəklər.

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvoya “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda deyib.

“Biz BMTİP ilə Azərbaycan hökuməti arasında tərəfdaşlığı gücləndirə bildiyimiz üçün qürur duyuruq”, - o vurğulayıb.

Onun sözlərinə görə, belə biznes forumlarının təşkili “yaşıl keçid”in və dayanıqlı inkişafın vacib hissəsidir:

“Dayanıqlı Biznes Forumu iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və ona uyğunlaşmaq məsələsində biznesin iştirakını artıracaq dialoq və əməkdaşlığı təşviq etmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirir”.

İqlim dəyişikliyi ilə mübarizə üçün tədbirlər görülməsinin vacibliyindən danışan A.Rokkasalvoya qlobal istiləşmənin bütün ölkələrə mənfi təsir göstərdiyini qeyd edib:

“İqlim dəyişikliyi təkcə havanın çirklənməsi ilə məhdudlaşmır, həm də su problemlərinə səbəb olur. Bu problemlər yalnız beynəlxalq əməkdaşlıq yolu ilə həll edilə bilər. Buna görə də Azərbaycan tərəflərin müzakirələr aparması, həll yolları tapması və növbəti nəsillər üçün gələcəyin təmin edilməsi məqsədilə bir araya gətirmək üçün COP29-a ev sahibliyi edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
report.az

4Mənbələr