AZ

Naxçıvanda “ASAN xidmət” mərkəzinə 422 mindən çox vətəndaş müraciət edib

Naxçıvanda “ASAN xidmət” mərkəzinə ötən bir il ərzində 422 mindən çox vətəndaş müraciət edib

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan Regional “ASAN xidmət” Mərkəzinin fəaliyyətə başlamasında bir il ötür.

Naxçıvan regional “ASAN xidmət” Mərkəzinin açılışı 2023-cü il mayın 18-də baş tutub. Həmin il mayın 22-də isə mərkəz tam fəaliyyətə başlayıb.

Bir il ərzində mərkəzdə həftə sonları da daxil olmaqla, vətəndaşlara gündəlik xidmət göstərilir. Ötən bir il ərzində 422 mindən çox müraciət qəbul edilib. Gündəlik rəqəmlərə əsasən, Naxçıvan ASAN Xidmət Mərkəzində bir gün ərzində 1500-1700 civarında vətəndaş qəbul olunur. Vətəndaşların məmnunluq əmsalı 99 faizin üzərindədir.

Əsasən Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan ümumilikdə 465 mindən çox vətəndaşa xidmət edən Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir.

Mərkəzin fəaliyyətində dəstək məqsədilə könüllülük prinsipi də tətbiq olunur. Vətəndaşlara daha nümunəvi xidmət göstərilməsinə və gənclərin potensialının inkişafı məqsədilə könüllü gənclərin fəaliyyəti təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
ikisahil.az

3Mənbələr