AZ

Deputat uşaqlarla bağlı çağırış etdi

Bakıda son zamanlar çox sayda yeni yaradılan “cofeeshop”larda 14-15 yaşlı uşaqlar çalışır. XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev mayın 17-də parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatın müzakirəsi zamanı çıxışında deyib.

 

O bildirib ki, əksər “cofeeshop”larda vəziyyət eynidir: “Hətta sahibkara yaxınlaşıb bunun səbəbini soruşanda həmin uşaqların valideynlərinin olmadığını və yardım üçün bunu etdiyini dedi. Bu məsələlərin həlli yolları tapılmalıdır. Hətta Bakıda kütləvi yerlərdə uşaqlar vasitəsilə lotoreyaların satışı da təşkil edilir. Bu da yaxşı hal deyil. Bir tərəfdən problemlərin həll olunduğunu görsək də, digər tərəfdən başqa məsələlər ortaya çıxır”.

 

 

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
9
xalq.az

10Mənbələr