AZ

Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert

“Sonuncu dəfə  aprelin ortalarında  “Rusiyanın azadlığı” taborunun “Sezar”  ləqəbli komandir müavini mediaya açıqlamasında dedi ki, Rusiya, hələ bizi gözlə, son hədəfimiz Moskvadır. Onlar Putin rejiminə qarşı silahlı mübarizə aparırlar...”
 
Ötən ilin payızında və 2024-cü ilin əvvəlində Rusiyanın Belqorod və Kursk vilayətlərindəki diversiya əməliyyatlarıyla gündəmə  gələn işğalçı Rusiya ordusuna və Putin rejiminə qarşı döyüşən  ruslardan ibarət  “Rusiyanın azadlığı” kimi taborlar son zamanlar nədənsə gözə dəymir. Halbuki, Rusiya qoşunlarının Xarkov istiqamətində hücumlarının intensivləşdiyi bir zamanda onların diqqətyayındırıcı həmlələrinə daha çox ehtiyac var.  Görəsən,  həmin taborlar nələrsə planlaşdırırlarmı?..
 
Moderator.az-a açıqlamasında Ukraynada fəaliyyət göstərən hərbi ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyev mövzu ilə bağlı bunları söyləyib:  
 
“Ukrayna tərəfdə döyüşən rus taborları haqda hələlik əlavə məlumatım yoxdur. Bilsəm də, hazırkı durumda deməyim mümkün deyil. Lakin, düzü, məlumatım yoxdur. Amma, görünür, onlar da Xarkov istiqamətində çətinliklərin yarandığı bir məqamda nələrsə planlaşdırırlar. Çünki sonuncu dəfə  aprelin ortalarında  “Rusiyanın azadlığı” taborunun “Sezar”  ləqəbli komandir müavini mediaya açıqlamasında dedi ki, Rusiya, hələ bizi gözlə, son hədəfimiz Moskvadır. Onlar Putin rejiminə qarşı silahlı mübarizə aparırlar. Yəqin ki, həmin qruplaşmaların da hansısa gözlənilməz əməliyyatları yenə olacaq. Xarkova hücumun intensivləşməsindən öncə sonuncu anonsları bu olub: “Hazırlaşırıq”. Könüllü rus taborlarının canlı qüvvələri əsasən Ukrayna tərəfə səri düşənlərdən, Rusiyanın özündən gizli keçib gələnlərdən, eləcə də dünyanın müxtəlif ölkələrindən gələn könüllülərdən formalaşır. Görünür, sıralarını genişləndirirlər və təlimlərini gücləndirirlər...” 
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
moderator.az

1Mənbələr