AZ

“Molokan” bağına giriş bağlandı

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının “Molokan” bağı kimi tanınan Xaqani parkı hasarlanıb.

Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumdan  bildirilib ki, hasarlanma parkın ərazisinin genişləndirməsi ilə əlaqədardır: “Hazırlanmış xüsusi layihə əsasında Xaqani bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək”.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mart ayının əvvəllərindən etibarən Xaqani parkının ətrafına avtomobillə giriş bağlanıb. Həmçinin həftəsonları bağın yaxınlığındakı bəzi küçələrə avtomobillərin hərəkətinə mədudiyyət qoylur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
22
banker.az

10Mənbələr