AZ

İsrail Türkiyə ilə azad ticarət müqaviləsini ləğv etdi

İsrail Türkiyə ilə azad ticarət müqaviləsini ləğv edəcək və qalan idxala 100 faiz gömrük rüsumu tətbiq edəcək.

Bakıvaxtı.az "Reuters"ə istinadən bildirir ki, bununla bağlı İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.

Onun sözlərinə görə, Türkiyədən İsrailə idxal edilən mallara tətbiq edilən bütün aşağı gömrük tarifləri də ləğv ediləcək. 

"Bizim milli ləyaqətimiz, qürurumuz və güclü iqtisadiyyatımız var. Ərdoğanın səlahiyyət müddəti bitəndən sonra  İsrailə düşmən olmayan bir lider seçilsə, Türkiyə ilə ticarət yolunu yenidən açmaq mümkün olacaq" - deyə Smotriç bildirib.

Qeyd edək ki, Türkiyənin Ticarət Nazirliyi aprelin 9-da İsrailə qarşı 54 məhsul üzrə ticarət məhdudiyyəti tətbiq edib. Bu məhdudlaşdırma tədbirlərinin İsrail Qəzzada atəşkəs elan edənə qədər qüvvədə qalacağı vurğulanıb. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
bakivaxti.az

1Mənbələr