AZ

Kilian Mbappenin “Real Madrid”dəki məvacibi bəlli olub

Yayda İspaniya “Real Madrid”inə keçəcəyi gözlənilən Fransa millisinin futbolçusu Kilian Mbappenin “kral klubu”ndakı mümkün məvacibi bəlli olub.

Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Madrid təmsilçisində illik 15 milyon avro qazanacaq.

Yeni komandası ilə 5 illik müqaviləyə imza atacaq forvardın bonus olaraq 150 milyon avro alacağı iddia olunur.

Ulduz oyunçunun 2023-2024-cü illər mövsümündə PSJ-də aldığı maaş illik 75 milyon avro təşkil edib.

Qeyd edək ki, Kilian Mbappe mövsümünün sonunda PSJ-dən ayrılacağını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
xezerxeber.az

2Mənbələr