AZ

Umayra Tağıyeva: İqlim dəyişmələri ilə bağlı gözlənilən risklər mütləq nəzərə alınmalıdır

2020-2022-ci illərdə Azərbaycanda daşqınların sayı 20 olduğu halda, 2023-cü ildə bu rəqəm 147-ə çatdı. Bu rekorddur.

APA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu" adlı konfrans çərçivəsində baş tutan “İqlim dəyişikliyinin təsir və riskləri ilə mübarizə: COP29 üzrə perspektiv baxışımız” adlı panel sessiya zamanı ekologiya və təbii sərvətləri nazirinin müavini Umayra Tağıyeva deyib.

“İqlim dəyişmələri ilə bağlı gözlənilən risklər mütləq şəkildə nəzərə alınmalıdır”, - o əlavə edib.

Nazir müavininin sözlərinə görə, son 20 ilin nəticələrinə görə, istixana dalğasının sayı Bakıda 14, regionlarda isə 6 dəfə artıb.

“Biz karbon izinin azaldılmasından danışırqsa, bunun üçün yaşıl düşüncə və yaşıl yanaşma öncəlik təşkil etməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
apa.az

3Mənbələr