AZ

Ödənişli yola nə üçün hibrid giriş yoxdur? - AÇIQLAMA + VİDEO

Ödənişli avtomobil yolundakı lövhədə hibrid girişin məhdudlaşdırıldığına dair qeyd yazılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Görüntünü ödənişli avtomobil yolundan istifadə edən yük maşını sürücüsü çəkib.

Məsələyə yanaşma fərqli olduğundan videogörüntülər hibrid mühərriklə təchiz edilmiş avtomobil sahiblərini narahat edib. Söhbət isə hibrid, yəni elektron girişdən gedir. Sözügedən lövhədəki xəbərdarlığın səbəbini öyrənmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etdik.

AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, ödənişli avtomobil yolunda dayanmadan keçid zolaqları ilə yanaşı, hibrid keçid zolaqları da mövcuddur:

“Dayanmadan keçid zolaqları ödənişli yolun yalnız başlanğıc və sonunda - Yaşma və Xaçmaz məntəqələrində mövcuddur. Yolun Giləzi, Siyəzən, Gəndob və Xaçmaz yaşayış məntəqələrinə birləşən yolların girişində inşa edilmiş məntəqələrdə isə yalnız hibrid keçid zolaqları qurulub. Gələcəkdə bu sistem işə salındıqda bu məntəqələrdə sürücülər yerində ödəniş edərək öncədən əldə edilmiş kartla eyni zolaqlardan istifadə edərək ödənişli yola daxil ola biləcəklər.

Hazırda bu sistem test mərhələsindədir. Sözügedən görüntüdə sürücünün qarşılaşdığı “Hibrid giriş yoxdur” yazılı elektron lövhə də həmin sistemə aiddir. Məhz hibrid keçid zolaqlarında bu cür elektron lövhələr qurulub. Burada hibrid mühərriklə təchiz edilən avtomobillərin ödənişli yola daxil olmasında hər hansı əngəl yoxdur”.

Könül Cəfərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
oxu.az

2Mənbələr