AZ

“Fitsonu kritik günlər və saatlar gözləyir”- Slovakiya prezidenti

Slovakiyanın baş naziri Robert Fitsonun yeni əməliyyatları nəzərdə tutulmayıb, onun Bratislavaya çatdırılması məsələsi mayın 20-də həll olunacaq.

Azpost.info xəbər verir ki, bunu prezident Peter Pelleqrini bildirib.

Onun sözlərinə görə, bu məlumatı Fitsonun sui-qəsddən sonra qaldığı xəstəxananın rəhbəri də təsdiqləyib.

Son məlumatlara görə, bazar ertəsi həkimlər şurasının iclası olacaq və bundan sonra baş nazirin Banska Bistriça şəhərində müalicəsini davam etdirib-etməyəcəyinə qərar veriləcək.

“Fitsonu kritik günlər və saatlar gözləyir”, – prezident deyib. O, söz verib ki, həkimlər icazə versə, yenidən baş nazirə baş çəkəcək.

Pelleqrini onu da təsdiqləyib ki, sui-qəsd cəhdindən sonra Fitsonun xəstəxanaya şüurlu şəkildə gətirilib, o, hadisənin baş verdiyi şəraiti xatırlayır.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
azpost.info

1Mənbələr