AZ

"İmişli"nin futbolçusu 5 oyunluq cəzalandırıldı

style='margin-bottom:10px;'>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda 1-ci liqanın 26-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Araz Saatlı” – “İmişli” oyununun 87-ci dəqiqəsində “İmişli”nin futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd etdiyinə görə 4 oyun, həmçinin 17.04.2024-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 5 oyun cəzalanıb, “İmişli” klubu 300 manat cərimə edilib.

Həmçinin bildirilib ki, “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda qonaq komandanın azarkeşləri tərəfindən Lökbatan OİK stadionunda 3 ədəd oturacağın sındırılması, “Şamaxı” futbolçuları tərəfindən soyunub-geyinmə otağında 1 ədəd qapının yararsız hala salınması ilə bağlı Lökbatan OİK stadionuna dəymiş zərər “Şamaxı” klubu tərəfindən ödənilsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
5
teleqraf.com

6Mənbələr