AZ

DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO

DİN Baş Dövlət Yol Polis İdarəsinin Müayinə Mərkəzində texniki baxışdan keçən avtomobillərin yoxlanılması prosesi davam etdirilir. 

Ednews  xəbər verir ki, “Təmiz hava” aylığı ilə əlaqədər xüsusən istehsal ili köhnə olan avtomobillərin havaya normadan artıq zəhərli qazın buraxıldığı aşkar edildiyi təqdirdə həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülür. 

Qurumdan bildirilib ki, təkcə texniki baxış zamanı yox, ümumiyyətlə “Təmiz hava” aylığı ilə əlaqədar olaraq paytaxt və bölgələrdə normadan artıq qaz buraxan avtomobil sürücüləri ilə bağlı silsilə tədbirlər həyata keçirilir. 
Qeyd edək ki, avtomobillər texniki baxışdan keçirilən zaman istehsal ili köhnə olan nəqliyyat vasitələri sahibləri utulizasiyaya görə rüsum da ödəməlidirlər. 

Daha ətraflı ATV-nin süjetində: 
 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
6
ednews.net

7Mənbələr