AZ

Kopperfildə qarşı cinayət işi

Amerikalı illüziyaçı Devid Kopperfild 16 qadına təcavüz etməkdə ittiham olunur. Böyük Britaniyanın “The Guardian” qəzetinin məlumatına görə, məşhur sehrbaz 16 qadın tərəfindən cinsi təcavüzdə və nalayiq davranışda ittiham edilib. İddiaların yarısından çoxu təcavüzə məruz qalarkən 18 yaşdan kiçik olduqlarını, bəziləri isə 15 yaşından kiçik olduqlarını deyən qadınlardan gəlib. Kopperfildin vəkilləri iddiaların “təkcə yalan deyil, həm də tamamilə məntiqsiz” olduğunu bildirib.

İllüziyaçıya qarşı irəli sürülən ittihamlar arasında onun 3 qadınla cinsi əlaqədə olmazdan qabaq onlara narkotik maddə verilməsi də var. 67 yaşlı illüziyaçıya qarşı irəli sürülən iddialar 1980-2014-cü illər aralığına təsadüf edir.

Qadınlardan bəziləri “The Guardian”a bildiriblər ki, onlar yalnız “#MeToo” hərəkatından sonra Kopperfild ilə iddia edilən təcrübələri haqqında danışa biliblər.

Devid Kopperfild iddiaları rədd edib. “Guardian”a verdikləri yazılı cavabda onun vəkilləri İllüziyaçının “heç vaxt yetkinlik yaşına çatmayan uşaq bir yana, heç kimlə heç bir uyğun olmayan davranışda bulunmadığını” iddia edib. Hüquqşünaslar həmçinin Kopperfildin qadınları təqib hekayələrini açıqlamağa təşviq edən “#MeToo” hərəkatının tərəfdarı olduğunu bildiriblər.

Kopperfildin vəkilləri ittihamları irəli sürənlərə qarşı iddia qaldıracaqlarını bildiriblər.

***

Koperfildlə bağlı digər xəbər “Epşteyn” cinayət dosyesi ilə bağlıdır. Məşhur milyarder bankir Cefri Epşteynə qarşı açılmış “Yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb edilməsi” ilə bağlı cinayət dosyesində adı keçənlər arasında məşhur illüziyaçı var. Milyarderin qurbanlarından biri Cuana Syoberq Epşteyn Kopperfildlə bağlı evlərindən birində şam yeməyinə qatıldığını və illüziyaçının “bəzi sehrli fəndlər etdiyini” söyləmişdi.

“Devid Kopperfildin Cefri Epşteynin dostu olduğunu müşahidə etdinizmi” sualını təsdiqləyən Cuana Syoberq, “Koperfild heç sizinlə Cefrinin gənc qızlarla münasibətindən danışıbmı” sualına, “Kopperfild bu cinayətlərin təfərrüatlarından söz açmayıb” cavabını vermişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
vaxt.az

1Mənbələr