AZ

Məşhur aparıcı vəfat etdi

Məşhur aparıcı Erkan Yolaç uzun müddət müalicə aldığı xəstəxanada 89 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, xəstəxana aparıcının nəfəs darlığına görə vəfat etdiyini bildirib:

"Nəfəs darlığı səbəbilə xəstəxanamıza müraciət edən dəyərli aparıcı Erkan Yolaçın müalicəsi multidisiplinar yanaşma ilə davam etdirildi. Təəssüflər olsun ki, uzun müddət reanimasiya şöbəsində müalicə alan pasiyentimiz saat 21.00-da dünyasını dəyişdi. ailəsinə və yaxınlarına başsağlığı veririk".

1935-ci ildə Kırklarelinin Babaeski qəsəbəsində anadan olan Erkan Yolaç 1985-ci ildən bəri TRT-də bazar günləri yayımlanan "Studio Bazar" proqramında " Bəli-Xeyr" yarışmasının aparıcısı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
kulis.az

2Mənbələr