AZ

Ukraynada məhbusların hərbi xidmətə çağırılmasına icazə verən qanun təsdiqlənib

Ukrayna prezidenti Volodimir Zelenski bəzi həbsxana məhbuslarının könüllü olaraq müqavilə əsasında hərbi xidmətə getməsinə icazə verən qanunu imzalayıb.

Ukrayna parlamentinin saytında Volodimir Zelenskinin məhbusların silahlı qüvvələrdə könüllü iştirakı haqqında qanunu imzaladığı bildirilib.

Qanunda nəzərdə tutulub ki, kiçik cinayətlərə görə məhkum olunmuş məhbuslar məhkəmənin qərarı ilə müqavilə əsasında hərbi xidmət keçmək şərti ilə könüllü olaraq orduya çağırılırlar.

Qanuna görə, ağır qəsdən adam öldürmə, zorlama, cinsi zorakılıq və milli təhlükəsizliyə qarşı cinayətlərdə təqsirli bilinən şəxslər hərbçi ola bilməz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
aznews.az

1Mənbələr