AZ

İcra başçısının qardaşı niyə narazılıq yaradır

Son vaxtlar hüquq-mühafizə orqanları bəzi harınlamış məmurlarının çirkin əməllərini ifşa etməkdə davam edir. Amma çox təəsüflər olsun ki, onlara verilən salahiyyətlərdən xalqa layiqincə xidmət etmək əvəzinə, dövlətin, xalqın inkişafı üçün ayırdığı büdcəni öz şəxsi hesablarına və mənafeləri üçün xərcləməkdə davam edirlər.
“Azərbaycan Rellığı” xəbər verir ki, bir neçə gündür sosial şəbəkələr və internet saytlarında “Azərsu” ASC-nin anbar təsərrüfatı idarəsinin müdiri İmran Abbasov haqqında silsilə yazılara rast gəlmək olar. Müəllimin bitib tükənməyən biznesindən tutmuş, şəhid ailəsini aldatmasına kimi.
Görünur “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynov vəzifəsindən kəmarlaşdırıldıqdan sonra bu qurumda ciddi təmizləmə işləri hətta korrupsiya əməllərinə görə bu qurumun bir çox vəzifəli şəxslərinin həbsi İmran Abbasov kimlər bundan nəticə çıxarmaq istəmir. Onu da bildirək ki, İmran Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun qardaşıdır.
Bəlkədə İmran müəllim düşünür ki, onun “burada mənəm bağdad da kor xəlifə” deyib istədiyi kimi at oynatmasının qarşısını qardaşı almağı bacaracaq, bir sözlə qardaşına güvənərək bütün qanunlara üz çevirmək zənnimcə heç də ucuz başa gəlməyəcək.
Hesab edirik ki, qardaşı kimi bəzi rayonların icra başçılarının hal-hazırda hansı həbsxanalarda cəza çəkdiyini anlamır. Əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra bu vəzifəyə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına qədər payı var. Ancaq bu şəxsin rəhbərlik etdiyi idarə hazırda çox acınacaqlı durumdadır.
Belə ki, onun regionçuluq və qərəzçilik prinsipinə söykənən idarəçiliyi kollektiv arasında ciddi narazılıq yaradıb. Ümumiyyətlə bu insanın qeyri – məntiqi hərəkətləri var. İdarədə fəhlə işləyən bir şəhid atası ondan heç bir dəyəri olmayan taxta palet istəyib. Əvvəl söz versə də, paleti şəhid atasına verməyib.
İkinci bir fakt, atası ağır xəstə olan bir fəhlə icazə alıb xəstəxanaya gedib. İmran Abbasov da o fəhlənin 2 iş gününü kəsib. Ayda 300 azn əməkhaqqı alan fəhlənin 2 iş gününü kəsmək hansı məntiqə və insanlığa sığır?
İmran Abbasovun əməllərindən ən çox əziyyət çəkən şirkətlərdən biri də “Fuad kimya” şirkətidir. Belə ki, şirkətin “Azərsu”ya təqdim etdiyi məhsulların qabları geri verilməli olduğu halda, İmran Abbasov onları bazar alverçilərinə satdırır.
Mediada yayılan məlumatlara görə, İmran Abbasov idarəsində çalışan fəhlələri aparıb öz bağ evində yer qazdırır, tikintidə işlədir, ağac budatdırır. Anbara mallar taxta paletlərdə daxil olur. Həmin bu paletləri İmran Abbasov sökdürüb anbara yığdırır…
“Azərbaycan Reallığı” olaraq inanırıq ki, son vaxtlar sosial şəbəkələr və xəbər saytlarında İmran Abbasovla bağlı sadalanan bir çox narazılıq və özbaşınalıqla əlaqədər adiyyəti üzrə hüquq-muhafizə orqanları ciddi araşdırmalara başlayacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
xalq.az

1Mənbələr