AZ

Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z. Məmmədov adına xəstəxananın Endokrinologiya şöbəsinin həkim-cərrahı Rəfail Əsədovu oxuculara təqdim edəcəyik.
 
Əsədov Rəfail Hüseyn oğlu 1959-cu ildə Tovuz rayonunda anadan olub. 1975-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə işi fakültəsində təhsil alıb.
 
O, 1982-1987-ci illərdə Qazaxıstan Respublikasının Cambul şəhər Mərkəzi Xəstəxanasında həkim-cərrah, 1987-2024-cü illərdə Samux Rayon Mərkəzi Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri vazifələrində çalışıb. Hal-hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z. Məmmədov adına xəstəxananın Endokrinologiya şöbəsində həkim-cərrah vəzifəsini icra edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
aztibb.az

1Mənbələr