AZ

Yeni Kaledoniyada vəziyyət ağırlaşıb: "Fransa adada əlcəzairsayağı sülh istəyir"

Yeni Kaledoniyada etirazlar səngisə də, həyat daha da ağırlaşıb.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, bu barədə "Boursorama” saytı məlumat yayıb. 

Bildirilir ki, ötən gecə Numeaya əlavə min nəfər silahlı qüvvə göndərilib. Rəsmi qurumlar gün ərzində əlavə qüvvələrin də gələcəyini bildiriblər.

Ticarət şəbəkələri və səhiyyə müəssisələrinin fəaliyyətində ciddi çətinliklər yaranıb. Numeada fəaliyyət göstərən bir neçə mağazanın qarşısında uzun növbələr yaranıb. Yeni Kaledoniya Ticarət Palatasının sədri David Qyen bildirib ki, anbarların və ticarət mərkəzlərinin 90%-i işləmir.



Numea xəstəxanasının nümayəndəsi deyib ki, ötən gün dünyasını dəyişən 4 nəfərdən üçünün ölüm səbəbi tibbi yardımın əlçatan olmamasıdır.

Fransanın ədliyyə naziri Erik Düpon-Moretti "iğtişaş törədənlərə qarşı maksimum dərəcədə ciddi olmaq” barədə tapşırıq verib. Nazir saxlanılan şəxslərin mühakimə olunmaq üçün metropoliyaya (Fransanın Avropadakı ərazisi - red.) gətiriləcəyini bildirib.

Hüquqşünas, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) vəkili Fransua Ru "Francetvinfo" saytına müsahibəsində bildirib ki, Fransa dekolonizasiya barədə danışılmasını istəmir.



Yeni Kaledoniyaya qoşun yeridilməsini tənqid edən vəkil qeyd edib ki, böhranın pis idarə edilməsindən şoka düşüb. Məsələnin həlli üçün hər bir tərəf vasitəçilər təyin etməlidir. Hüquqşünasın fikrincə, əraziyə güc strukturlarının yeridilməsi "əlcəzairsayağı sülhyaratmadır".

"Kaledoniya və digər dənizaşırı ərazilər sayəsində Fransa dünyada ikinci dəniz gücünə çevrilib. Kaledoniya müstəmləkə ərazidir. Bəs dekolonizasiya hansı yolla mümkündür? Yalnız BMT və beynəlxalq hüquq yolu ilə. Fransa çərçivəsindən çıxmaq lazımdır", deyə Fransua Ru əlavə edib.

Vəkil bildirib ki, dekolonizasiya prosesini sülh yolu ilə həyata keçirmək mümkündür. Bundan sonra da kim istəsə Yeni Kaledoniyada qala bilər. Birgə yaşayış hər halda mümkündür.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
8
qaynarinfo.az

10Mənbələr