AZ

“Kim paylaşıb onu, vallah, xəbərim yoxdur” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mayın 5-də klubun sosial media hesabındakı paylaşımın hansı anlama gəldiyi ilə bağlı sualı cavablandırıb.

SAVASH.ORG xatırladır ki, heç bir əlavə informasiya verilmədən yalnız “Tezliklə” yazılmış həmin paylaşımı Qurban Qurbanovun komandadan ayrılacağı mənasında da yozanlar da vardı.

Qurban Qurbanov isə sözügedən paylaşımdan xəbərsiz olduğunu deyib:

“Kim paylaşıb onu? (gülür) Vallah, heç birindən məlumatım yoxdur. Hələ komanda ilə 1 il müqaviləm var. Digər xəbərlərlə bağlı da məlumatım yoxdur”.

konkret.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
7
savash.org

8Mənbələr