AZ

Belarusun Dövlət Gömrük Komitəsinin sədri Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə tanış olub

Ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının fəaliyyəti ilə tanış olub.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, Gömrük xidməti general-mayoru Cavad Qasımov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva qonağı müşayiət edərək Mərkəzi Gömrük Hospitalının şöbələrinin fəaliyyəti barədə ətraflı məlumat veriblər.

 

Ceyhun Məmmədov diqqətə çatdırıb ki, yüksəkixtisaslı tibbi personala malik olan, ən müasir texnologiyaların tətbiq edildiyi Mərkəzi Gömrük Hospitalı 2008-ci ildən fəaliyyət göstərir və qısa zaman kəsiyində ölkənin qabaqcıl tibb ocaqlarından birinə çevrilib.

 

Qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinn rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və onun komandası tərəfindən İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində TAVİ, EVAR, TEVAR əməliyytaları böyük uğurla icra olunur, angioqrafiya metodu ilə damarlarda olan daralma, tıxanma və qan axınındakı olan problemlərin müayinə və cərrahi müalicəsi aparılır. Mərkəzi Gömrük Hospitalında gömrük əməkdaşlarına, onların ailə üzvlərinə, əhaliyə, eləcə də bir sıra beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinə tibbi xidmətlər göstərilir.

 

Daha sonra Belarus Gömrük xidmətinin rəhbəri Mərkəzi Gömrük Hospitalının MRT, Laboratoriya, PZR laboratoriyanın imkanları ilə tanış olub, əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə olunub.

 

Görüşün sonunda Belarus Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovskiyə Mərkəzi Gömrük Hospitalının fəaliyyətinin 15 illiyinə həsr olunmuş kataloq təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
2
aztibb.az

3Mənbələr