AZ

Boksçularımız Macarıstandakı turniri iki medalla başa vurdular

Azərbaycan boksçuları Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar.

İdmanxeber.az-ın məlumata görə, baş məşqçi Elbrus Rzayevin yetirmələrindən Abbasqulu Şadlinski (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Arpad Jambora 4:1 (30:27, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.

Tağı Nəsibov (60 kq) isə həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gəlib. Görüş rəqibin 4:1 (28:29, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala yiyələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
10
idmanxeber.az

10Mənbələr