AZ

Premyer Liqada 35-ci tur davam edir – YENİLƏNİR

Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün 3 matç keçiriləcək. Avrokuboklar uğrunda mübarizə aparan 2-ci pillədəki “Sumqayıt” 5-ci yerdəki “Sabah”la qarşılaşacaq.

3-cü sırada yer alan “Neftçi” isə 7-ci pillədəki “Səbail”in qonağı olacaq. 4-cü pillədəki “Zirə” səfərdə turnir cədvəlində 8-ci olan “Kəpəz”lə üz-üzə gələcək. Hər üç oyun eyni saatda (17:00) başlayacaq.

 

18 may

17:00 “Sabah” – “Sumqayıt”
Hakimlər
: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

“Bank Respublika Arena”

17:00 “Səbail” – “Neftçi”
Hakimlər
: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı

“ASCO Arena”

17:00 “Kəpəz” – “Zirə”
Hakimlər
: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu

Tovuz şəhər stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
7
idmanxeber.az

10Mənbələr