AZ

Avrozonada apreldə inflyasiyanın ən az artımı Litvada qeydə alınıb

Avrozonaya daxil olan 19 ölkədə ötən ay inflyasiya səviyyəsi 2,4 faiz, bütövlükdə Avropa İttifaqında isə 2,6 faiz yüksəlib.

FED.az xəbər verir ki, Avropa İttifaqının statistika agentliyi Eurostatın məlumatına görə, avrozonada qiymətlərin ən az artımı Litvada qeydə alınıb – 0,4 faiz. Sonrakı yerdə 0,6 faiz artımla Finlandiya qərarlaşıb. Avrozonaya daxil olmayan, lakin Avropa İttifaqına üzv olan Danimarkada qiymətlər 0,5 faiz artıb.

Avropada aprel ayında ən az qiymət artımı müşahidə edilən ölkələrdən biri də İtaliyadır – 0,9 faiz.

İtaliya hökuməti 2022-ci ildə və 2023-cü ilin əvvəlində rekord yüksək inflyasiya ilə nəticələnən sıçrayışdan sonra qiymətləri aşağı salmaq üçün maksimim səy göstərib. Ötən ilin son üç ayını hökumət “anti-inflyasiya rübü” elan istehlak qiymətlərini süni olaraq azaldıb. (Azərtac)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
4
fed.az

5Mənbələr