AZ

Ötən il kredit portfelinin dedollarlaşma trendi davam edib

Ötən il kredit portfelinin dedollarlaşma trendi davam edib.

FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.

Manatın məzənnəsinin sabitliyi və manatla kreditləşmənin genişlənməsi fonunda kredit portfelində milli valyutada olan kreditlərin payının artması trendi davam edib.

Ötən il ərzində bütövlükdə kredit portfelinin dollarlaşması 1.2 f.b. azalaraq 18.8% təşkil etmişdir. Bu azalmanın əsas səbəbi istehlak kreditləri olub. Belə ki, ötən il ərzində istehlak kreditlərinin dollarlaşma səviyyəsi 3.4 f.b. azalaraq 2.8%-ə çatıb. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması və xarici valyutada kreditlər üzrə əlavə risk çəkisinin müəyyən edilməsi istehlak portfelinin dollarlaşmasının tarixi minimuma enməsinə imkan vermişdir. Həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına əsasən ipoteka kreditinin yalnız milli valyutada verilməsi tələbi ipoteka kreditləri üzrə portfelin demək olar ki, milli valyutada olmasını şərtləndirib.

Hesabat ili ərzində biznes kreditlərinin dollarlaşma səviyyəsində isə əhəmiyyətli dəyişiklik olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
fed.az

1Mənbələr