AZ

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı mayın 20-də müəllifin “Boy çiçəyi” tamaşası ilə Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində çıxış edəcək.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.

Yubiley münasibətilə növbəti tamaşa mayın 26–da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
20
kulis.az

10Mənbələr