AZ

Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib

Rəşad
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şəki şəhərində vətəndaşları qəbul edib. 1news.az nazirliyə istinadən məlumat verir ki, qəbul Şəkidə yerləşən Heydər Əliyev Mərkəzində olub.
Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
21
1news.az

10Mənbələr