AZ

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

Macarıstanın Eger şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub.

HİT.az  xəbər verir ki, Azərbaycan millisi yarışı 2 medalla başa vurub.

Baş məşqçi Elbrus Rzayevin komandasında Abbasqulu Şadlinski (71 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Arpad Jambora 4:1 (30:27, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Tağı Nəsibov (60 kiloqram) isə həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gəlib. Görüş rəqibin 4:1 (28:29, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala yiyələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
10
hit.az

10Mənbələr