AZ

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndində 4 428 sakin üçün 940 fərdi evin tikintisi nəzərdə tutulub.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə bu gün Cəbrayıl rayonunun Karxulu kəndinin təməlinin qoyulması mərasimində məlumat verilib.

2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4 428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur.

Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
49
hit.az

10Mənbələr