AZ

Boksçularımız Rusiyadakı turniri medalla başa vurublar - - FOTO

Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialına yekun vurulub. Azərbaycan millisi yarışı 5 medalla vurub.

Federasiyadan bizə veriəl məlumata görə, komandamızın heyətində Maqsud Xasmetov (60 kq) turnirin qalibi adını qazanıb. O, finalda Dilşod Abdumurodova (Özbəkistan) qalib gəlməklə Xabarovskda Azərbaycan himnini səsləndirib.

Xasmetovdan fərqli, Ruslan Rüstəmov (63,5 kq) finalda məğlub olub. Həlledici görüşdə Sandan Sandarov (Rusiya) qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.

Beləliklə, millimiz Memorialı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.

Azərbaycanlı referi Qalib Əbiyev isə yarışın ən yaxşı 5 hakimi sırasında yer alıb.

Qeyd edək ki, daha öncə Ümid Rüstəmov (57 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadə (75 kq) 3-cü yeri tutublar.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
15
90deqiqe.az

10Mənbələr