AZ

“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər

Vaxtilə "Real Madrid" klubunun şərəfini qorumuş kolumbiyalı hücumçu mövsüm sonunda özünə yeni komanda axtarmalı olacaq.

Məlumata görə, hazırda Braziliyanın "Sao Paulo" klubunda çıxış edən Xames Rodriqes karyerasını davam etdirmək üçün özünə yeni komanda axtarmağa başlayıb.

"Sao Paulo" klubunun rəsmiləri X.Rodriqes üçün heç bir komandanın təklif göndərmədiyini bildiriblər. Mövsüm sonunda Braziliya klubundan ayrılan futbolçunun Türkiyə Liqasında çıxış edən komandalardan birinə keçmə ehtimalı var.

Qeyd edək ki, "Kral" klubu Xames Rodriqesi 2014-cü ildə "Monako"dan 60 milyon avro qarşılığıında transfer etmişdi.//oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
39
hit.az

10Mənbələr