AZ

Salome Zurabişvili qalmaqallı qanuna veto qoydu

Gürcüstan prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.

Prezident bu barədə keçirdiyi brifinqdə bildirib.

Prezidentin sözlərinə görə, veto hüquqi qüvvəyə malikdir və bu gün parlamentə təqdim olunacaq.

“Bu gün konstitusiyamıza, Avropa standartlarına zidd olan və bununla da Avropa yolumuza maneə olan “Rusiya qanunu”na veto qoydum. Bu veto tamamilə qanunidir və bu gün Milli Məclisə təqdim olunacaq. Bu qanun ləğv edilməlidir”, - deyə prezident bildirib.

Qeyd edək ki, parlament mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
10
herbiand.az

7Mənbələr