AZ

Krımda yanmış MiQ-31-lər və Volçansk uğrunda döyüşlər - fotolent

Bu fotoşəkillərdə qəddarlıq, zorakılıq və ölüm səhnələri var. Bu fotohekayələr silsiləsində biz müharibəni olduğu kimi sənədləşdirməyə çalışırıq.

Krımda aerodroma edilən hücumun nəticələrinin peyk görüntüləri

Mayın 15-də Ukrayna ABŞ-dan bu yaxınlarda tədarük edilən ATACMS ballistik raketləri ilə Sevastopolda Rusiyanın Qara dəniz donanmasının aviasiyasının yerləşdiyi “Belbek” aerodromununa zərbələr endirib. Hücum uğurlu alınıb: “Maxar” tərəfindən yayımlanan peyk şəkillərinə əsasən, ən azı bir Su-27 və iki MiQ-31 qırıcısı vurulub. Bunlar müharibə zamanı məhv edilən ilk MiQ-31-lərdir. Həmçinin aviasiya yanacağı anbarı və bir MiQ-29 qırıcısı da vurulub.

Xüsusi təkmilləşdirilmiş MiQ-31 qırıcısı “Kinjal” hipersəsli hava-yer raketlərinin daşıyıcısı ola bilər. 

MiQ-31-lərin saxlandığı yerdə yanğının izləri
Maxar Technologies / Reuters / Scanpix / LETA

Vurulmuş MiQ-29
Maxar Technologies / Reuters / Scanpix / LETA

Xarkov atəşə tutulduqdan sonra yanğın baş verib

Mayın 17-də Xarkov vilayətinin hakimiyyəti Rusiya qoşunlarının idarə olunan aviasiya bombaları (KAB) ilə Xarkova hücum etdiyini açıqlayıb. Bir neçə zərbə olub; bombaların düşdüyü yerlərdə yanğınlar baş verib.

Son məlumatlara görə, hücum nəticəsində 31 nəfər yaralanıb. Onlardan 16-sı xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti ağırdır. Dörd nəfər ölüb.

Rusiyanın raket hücumundan sonra Xarkov küçələrində baş verən yanğınlar
Evgeniy Maloletka / AP / Scanpix / LETA

Volçansk uğrunda döyüşlər və sakinlərin şəhərdən təxliyəsi

Rusiya ordusunun Şimal qrupu Xarkov vilayətində, Rusiya ilə sərhəddən 5 kilometr aralıda yerləşən Volçansk şəhərinə hücumunu davam etdirir. Ukrayna şəhərə əlavə qüvvələr cəlb edib. Volçya çayının şimal sahilində, şəhər mərkəzi yaxınlığında bir neçə gündür döyüşlər gedir. Cənub sahillərinə Ukrayna Silahlı Qüvvələri nəzarət edir.

Ukrayna hakimiyyəti şəhərin cənub hissəsindən sakinləri təxliyə edir. Artıq 2500-dən çox insan Volçanskı tərk edib.

Rusiya artilleriyası və hava zərbələri nəticəsində Volçanskın mərkəzində yanğınlar baş verib
Libkos/Getty Images

Ukrayna polisi yaşlı şəhər sakinini təxliyə edir
Vyaçeslav Madiyevski / Reuters / Scanpix / LETA

Narciso Contreras / Anadolu / Getty Images

Volçanskın cənubunda Ukrayna tankı
Oleksandr Magula / Suspilne Ukraine /JSC “UA:PBC” / Global Images Ukraine / Getty Images

Volçanskın mərkəzindəki Starlink peyk rabitə sisteminin antenası. Ukrayna hərbçiləri iddia edir ki, Rusiyanın şəhərə hücumunun ilk günündə RF qoşunları peyk rabitəsini elektron döyüş texnikası ilə bağlayıb.
Ed Ram / The Washington Post / Getty Images

Svet Jacqueline / ZUMA Press Wire / Scanpix / LETA

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
buta.media

1Mənbələr