AZ

Şahin Diniyev: “Yarım epizoddan qol vurdular”

“İndi nə desəm, faktlara söykənən bir şey var ki, hesab 0:3 oldu. Bu hesab da "Neftçi"nin tam üstünlüyü deməkdir. Hesab baxımından belədir. Amma oyuna gəldikdə, normal başladıq, 60-70-ci dəqiqəyə qədər başabaş futbol oynamağa çalışdıq”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis “Neftçi”yə 0:3 hesablı məğlubiyyəti şərh edib: “Qol vəziyyətlərimiz “Neftçi”dən daha çox idi. Bir qoldan sonra komanda irəli atıldı. Ondan sonra 0:1 və ya 0:3 arasında fərq yox idi. Peşəkar komanda öz futbolunu sona qədər oynamalıdır. Biz 70-ci dəqiqədən sonra başqa cür oynadıq. “Neftçi”yə uğurlar arzulayıram. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma 3:0-lıq oyun deyildi. “Sabah”a uduzduqdan sonra heç bir iddiamız qalmadığı üçün futbolçuları da oyuna kökləmək çətindir. Mövsüm bizim üçün bitib. Heç bir iddiamız qalmayıb. Daha yaxşı “Səbail” olmaq üçün çalışmaq lazımdır. Builki səhvlərimizi yığışdırıb, yeni sezon yaxşı, iddialı komanda yaratmaq gücündəyik”.

Şahin Diniyev komandasını məğlubiyyətinin səbələri barədə danışıb: “Keyfiyyət məsələsi. “Neftçi”nin futbolçularının keyfiyyəti bizim futbolçuların keyfiyyətindən daha yaxşı idi. Rəqib futbolçu yaxın küncdən akrobatik vuruş etdi. Amma bizim o qədər epizodumuz oldu, istifadə edə bilmədik. Öz oyunçularımı aşağılamaq istəmirəm, amma fakt odur ki, “Neftçi”nin futbolçularının keyfiyyəti bizimkilərdən daha üstün oldu. Yarım epizoddan qol vurdular”.

Qeyd edək ki, “Səbail” öz meydanında 0:3 hesabı ilə uduzub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
idman.biz

1Mənbələr