AZ

Miodraq Bojoviç: “Turnir cədvəlindəki vəziyyət təzyiq göstərirdi”

“Oyun psixoloji baxımından çətin idi. Turnir cədvəlindəki vəziyyət təzyiq göstərirdi. İtkilərimiz var idi. İlk yarı istədiyimiz kimi oynaya bilmədik. İkinci yarıda Brayan Moreno gözəl qol vurdu. Ondan sonra oyun da açıldı, daha güvənli oynamağa başladıq. Layiqli qələbə qazandıq. Qol epizodlarını reallaşdırdıq. Bu oyuna iki yarımmüdafiəçi ilə başlamaq istəyirdik. Ən azından qol buraxmamağa çalışırdıq. Çünki bu cür meydançada oynamaq çətindir. Ona öyrəşməmişik”.

İdmanxebre.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Səbail” oyunu (3:0) sonrası deyib. O, qarşıdakı “Sabah” görüşündən də söz açıb:

“Biz evdə daha yaxşı oynayırıq. Nəticələr də bunu göstərir. Azarkeşlərimiz qarşısında hansısa taktiki gediş barədə düşünmək yersiz olar. “Sabah”la oyunda qələbə haqda fikirləşəcəyik. Əksi haqda fikirləşmirəm də. Yəqin ki, həmin görüşdə azarkeşlər daha çox olacaq, stadion dolacaq. Bu gün bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
10
idmanxeber.az

10Mənbələr