AZ

Şahruddindən “Neftçi”liləri sevindirəcək xəbər

Şahruddin Məhəmmədəliyevin yenidən Azərbaycana qayıtmaq ehtimalı barədə məlumat vermişdik.

Viral.az sportinfo.az-a istinadən xəbər verir ki, onun xidmətində “Neftçi” maraqlıdır.

“Qarabağ”ın sabiq qolkiperi də bu keçidə isti yanaşır.

Səbəbi isə hazırkı klubunda onu məmnun etməyən durumdur.

Belə ki, “Şah” “Adana Dəmirspor”da maaşlarını vaxtı-vaxtında ala bilmir

O, Türkiyə təmsilçisində oynadığı 8 ayda cəmi 4 ayın əmək haqqısını ala bilib.

Əslində milli komandamızın üzvü qardaş ölkədəki durumundan məmnundur. Klubun bazası, Super Liqanın səviyyəsi, hər həftə dolu tribunalar önündə oynamaq ona cəlbedici gəlir.

Yeganə üzücü məqam maaşların gecikdirilməsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
viral.az

4Mənbələr