AZ

Pakistanda dəhşətli hadisə – 13 nəfər öldü 

Pakistanın şərqindəki Pəncab əyalətində mikroavtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Viral.az xəbər verir ki, yerli polis orqanlarının məlumatına görə, həlak olanlar arasında qadınlar və uşaqlar da var. Avtobus sürücüsünün sürət həddini aşması səbəbindən idarəetməni itirdiyi bildirilir.

 

Hadisə yerinə gələn xilasetmə qrupları və könüllülər yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Onlardan ikisinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
4
viral.az

5Mənbələr