AZ

Polşalı tennisçi Romanı fəth edib

İqa Şvyontek Roma Masters turnirinin qalibi olub.

İdman.biz xəbər verir ki, polşalı tennisçi finalda Arina Sabalenkanı (Belarus) məğlub edib.

Bu, dünya reytinq cədvəlinin ilk 2 pilləsində qərarlaşan tennisçilərin ardıcıl 2-ci finalı olub. İki həftə Madriddə keçirilən oyunda da Şvyontek qələbə qazanıb. İspaniya paytaxtında 2:1 hesabı ilə üstün olan polşalı bu dəfə 2 setdə kuboku baş üzərinə qaldırıb.

2024-cü ili İqanın hesabına yazmaq olar. O, WTA-1000 seriyasından 4 yarışın qalibi adını qazanıb. Bundan əvvəl Şvyontek Madrid (İspaniya), İndian-Uels (ABŞ) və Dohada (Qətər) birinci yeri tutub.

Qeyd edək ki, polşalı tennisçi Roma Mastersin 3 qat qalibidir. O, 2021-2022-ci illərdə də İtaliyada uğur əldə edib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
idman.biz

1Mənbələr