AZ

Bu cür qidalanmaq ömrü uzadır

Son 20 il ərzində nəşr olunan 50-yə yaxın tədqiqatın nəticəsi yenidən təhlil edilib.

Yeni araşdırma çərçivəsində 2000-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər nəşr olunan 48 araşdırma qiymətləndirilib. İcmala əsasən, vegetarian və veqan pəhriz ürək xəstəliyi, xərçəng və erkən ölüm riskini azaldır.

Viral.az “medicina”ya istinadən xəbər verir ki, bitki əsaslı qidalanmanın sağlamlığa müsbət təsirləri olduğu və ömrü uzatdığı bildirilir.

Əvvəlki araşdırmalar bitki mənşəli məhsullardan kasad, ət, taxıl, şəkər və duzla zəngin qidalanmağın ölüm riskini yüksəltdiyini göstərmişdi. Alimlər heyvan mənşəli məhsulların istehlakının azaldılması və bitki əsaslı pəhrizin tətbiq edilməsi isə çağın xəstəlikləri olan ürək-damar problemlərini və xərçəng riskini azaltmağın mümkün olduğunu bildirirlər.

Erkən ölümlə birbaşa əlaqəli qan təzyiqi və şəkər kimi bir sıra risk faktorlarını azaltmaq üçün də bitki əsaslı qidalanma tövsiyə edilir. Bu pəhrizlər mədə-bağırsaq və prostat xərçəngi riskinin azaldılması üçün də effektivdir.

Tədqiqatçılar belə bir pəhrizin “XXI əsrdə insan sağlamlığına ən çox təsir edən iki xroniki xəstəliyin qarşısını almaq üçün effektiv strategiyalardan biri ola biləcəyini” deyirlər.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bitki əsaslı pəhrizlər bəzi insanlarda vitamin və mineral çatışmazlığına səbəb ola bilər. Ona görə də bu cür pəhrizlər bir mütəxəssisin nəzarəti altında həyata keçirilməlidir. Həmçinin bildirilir ki, daha çox tədqiqat tamamlanana qədər bitki əsaslı pəhrizlər geniş şəkildə tövsiyə edilməməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
4
viral.az

5Mənbələr