AZ

AFFA-nın yeni prezidenti danimarkalı həmkarı ilə nədən danışdı?

AFFA-nın prezidenti Rövşən Nəcəflə Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möller arasında görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, görüşdə AFFA və DBU arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Əsasən uşaq futbolunun və hakimliyin inkişafı, eləcə də daxili liqaların formatı barədə müzakirələr olub.

R.Nəcəf AVRO-2024 çərçivəsində keçirəcəyi oyunlarda Danimarka milli komandasına uğurlar arzulayıb.

Y.Möller xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
sportinfo.az

1Mənbələr