AZ

Moldovada demoqrafik vəziyyət pisləşib

Moldovada 2023-cü ildə 24 min uşaq doğulub ki, bu da 2022-ci illə müqayisədə 11% azdır.

Bu barədə Milli Statistika Bürosu məlumat yayıb.

Qeyd olunub ki, yeni doğulan uşaqların əksəriyyəti oğlan olub – 50,9%, hər beşinci uşaq nikahdan kənar dünyaya göz açıb. Moldova Elmlər Akademiyasının demoqrafları belə qənaətə gəliblər ki, müstəqillik illərində ölkə sakinlərinin sayı durmadan azalaraq 4,4 milyon nəfərdən 3,5 milyon nəfərə qədər azalıb.

Onların proqnozlarına görə, 2050-ci ilə qədər ölkə əhalisi indiki 3,5 milyondan 2,5 milyona qədər azalacaq. Alimlərin fikrincə, ölkədə demoqrafik vəziyyəti o zaman yaxşılaşdırmaq olar ki, həyat keyfiyyəti kəskin şəkildə yaxşılaşsın.

Statistikaya görə, 50 minə yaxın insan daha yaxşı həyat dalınca həmişəlik ölkəni tərk edib ki, onların da böyük əksəriyyəti gənclərdir.

Belə ki, 19-24 yaşlı 234 min gəncdən yalnız 146 mini Moldovada, qalan 88 mini isə xaricə gedib. Demoqrafların fikrincə, aşağı doğum səviyyəsi və xaricə miqrasiya səbəbindən ölkədə 19-24 yaşlı gənclərin sayı iki dəfə azalacaq və əhalinin cəmi 5%-ni təşkil edəcək.

Bundan əlavə, ekspert proqnozlarına görə, 2050-ci ilə qədər ölkədə pensiyaçıların sayı iki dəfə artacaq və ümumi əhalinin təxminən 35%-ni təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
2
banker.az

10Mənbələr