AZ

Autsayderlərin dueli – Premyer Liqa

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV turun görüşlərinə yekun vurulacaq.

Msport.az xəbər verir ki, son oyun günündə “Qəbələ” doğma meydanda “Araz Naxçıvan”la üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

23 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan ev sahiblərinin I Liqaya düşəcəyi dörd tur əvvəl dəqiqləşib.

35 xala malik Naxçıvan təmsilçisi isə doqquzuncu pillədə yer alıb. Elmar Baxşıyevin komandasının qazanacağı xal və ya xallar onları turnir cədvəlində səkkizinci sıraya yüksəldəcək.

Qeyd edək ki, turun digər görüşlərində “Qarabağ” “Turan Tovuz”a (4:3), “Sabah” “Sumqayıt”a (2:0), “Neftçi” “Səbail”ə (3:0), “Zirə” isə “Kəpəz”ə (1:0) qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
7
msport.az

8Mənbələr