AZ

Renat Dadaşovlu "Hatayspor" "Beşiktaş"la oyunda xal itirdi - VİDEO

Azərbaycan yığmasının üzvü Renat Dadaşov Türkiyə Superliqasında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, onun formasını geyindiyi “Hatayspor” 37-ci turda “Beşiktaş”ın qonağı olub.

2:2 hesabı ilə yekunlaşan qarşılaşmada Hatay klubu son dəqiqələrdə qələbəni əldən verib. “Beşiktaş” 90+7-ci dəqiqədə penalti zərbəsi sayəsində məğlubiyyətdən qaçıb. Renat oyunun 72-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Hatayspor” 38 xalla 17-ci pillədə qərarlaşıb. Renatın komandası Superliqada qalmaq üçün son turda qələbə qazanmalı və rəqibləri “Ankaragücü” (40 xal) ilə “Konyaspor”un (41 xal) məğlubiyyətinə ümid etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
offsideplus.az

2Mənbələr