AZ

Gəncədə muiqi məktəbi niyə boşaldılıb? – Nazirlikdən açıqlama


“İki gün öncə məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 150-dək şagirdin təhsil aldığı Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində tədris prosesi pozulub və dərslər keçirilməyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin sözügedən məktəbdə dərslərin dayandırılması məsələsi ilə bağlı yaydığı açıqlamda deyilir.
Bildiririlib ki, Nazirlik məktəbdə tədrisin qısa müddətdə bərpası ilə bağlı müvafiq işləri təmin edəcək.
“Onu da bildirək ki, sahibkarın israrlı tələbi ilə bu qərarın  icrasına  ən azı cari tədris ilinin sonunadək möhlət vaxtının verilməsi təhsil mühitinin pozulmaması baxımından daha ədalətli alternativ olardı.
Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat  veriləcək”.
Qeyd edək ki, hazırda 2 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyət göstərdiyi binada otaqlar boşaldılıb, musiqi alətləri, o cümlədən digər bütün avadanlıqlar çölə çıxarılıb.
Bildirilir ki, buna səbəb2007-ci ildə yan binanın özəlləşdirilməsi, sahibkarın binanın nəzdində olan otaqları məktəbdən almasıdır. Sözügedən binanın sahibinin sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğu iddia edilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
19
yeniavaz.com

10Mənbələr