AZ

“Bir övladın ola, o, da uzaqda”

Əməkdar artist Nailə İslamzadə övladı ilə bağlı açıqlamalar edib.

OLAY yazır ki, sənətçi oğlunun Amerikada yaşadığını deyib. Bu barədə o, “Həftənin qonağı” verilişində danışıb.

“Oğlumu Amerikaya göndərmək çətin oldu. Bir övladın ola, o, da uzaqda. Amma həyatı heç nəyə bağlamaq lazım deyil. Biz elə yaşamalıyıq ki, uşağımız daha sərbəst olsun, həyatını qura bilsin, istədiyi kimi yaşaya bilsin. İnsan gərək heç kimi özünə bağlayıb saxlamasın. Onun həyatı var, övladı var. Bacardıqca yanlarında oluram. Məni istədikləri qədər yanlarındayam. Çox vaxt darıxırlar, deyirlər ki, gəlmirsən. Deyirəm, mənim işim-gücüm var, məndən ötrü darıxın. Vaxt tapan kimi yanlarına qaçıram”, - deyə, o, söyləyib.

İslamzadə həmçinin, Amerikadan iş təklifləri də aldığını bildirib:

“Amerikaya köçmək üçün hər cəhətdən çox təkliflər olur, iş də olur. Mənə necə rahatdırsa, elə yaşayıram. Xoşlamadığım adamlarla ünsiyyət qurmuram, xoşlamadığım ortamda oturmuram. Məni heç nəyə məcbur etmək olmaz. Mənə nə məqbuldursa, onu edirəm. Mən özümü Amerikada görmədim”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
olay.az

1Mənbələr