AZ

“Global Women Summet” bu il Madriddə təşkil olunub – FOTO

Hər il dünyanın müxtəlif ölkələrində dövlət səviyyəsində keçirilən “Global Women Summet” (Beynəlxalq Qadınlar Zirvəsi) bu il İspaniya Kraliçası Letizia Ortiz Rokasolanonun aparıcılığı ilə Madriddə təşkil olunub.

Sammitdə 70 ölkədən nazirlər, parlament üzvləri, yüksək vəzifəli bürokratlar, özəl sektor nümayəndələri, QHT-lər, akademiklər, yazıçılar, jurnalistlər və 1000-dən çox iştirakçı iştirak edib.

Zirvədə “Qadınlar: Gələcəyin İqtisadiyytına enerji verən” – davam edən münaqişələr, iqlim dəyişiklikləri və geosiyasi müttəfiqlərin dəyişməsi səbəbindən inkişaf etməkdə olan bir mühitdə iqtisadi dirçəlişin sürətləndirilməsində qadınların əsas rolu müzakirə olunub.

Sammitdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri Kəmalə Paşayeva, üzvləri isə Canilya Qafarova, Tehran Nağıyeva, Sədaqət Gandilova, Səadət Rəhimova, Vəsilə Abulova, Məlahət Qəhrəmanova, Zərifə Arzumanova, Yeganə Əliyeva, Zəminə Əliyeva, Nurlana İmanova, Rəna Əmirəliyeva, Banuçiçək Paşayeva, Gülər Yusibzadə, Səbinə Kərimova və Mehinbanu Paşayeva olub.

DOĞRU.AZ

image-img-20240519-wa0030image-img-20240519-wa0028 image-img-20240519-wa0027 image-img-20240519-wa0029 image-img-20240519-wa0034 image-img-20240519-wa0038 image-img-20240519-wa0036 image-img-20240519-wa0040 image-img-20240519-wa0039image-img-20240519-wa0032

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
5
dogru.az

6Mənbələr